Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Misli Premyer Liqası: "Kəpəz" səfərdə "Karvan-Yevlax"a qalib gəlib



Futbol üzrə Misli Premyer Liqasında XII tura start verilib.

BrendSport.az
xəbər verir ki, ilk olaraq meydana "Karvan-Yevlax" və "Kəpəz" komandaları çıxıblar. Yevlax şəhər stadionunda keçirilən görüş qonaqların 2:1 hesablı qələbəsi ilə bitib.

Bu nəticədən sonra xallarının sayını 6-ya çatdıran Gəncə təmsilçisi 11-ci sıraya yüksəlib, Yevlax klubu isə 5 xalla sonuncu - 12-ci pilləyə enib.

Günün ikinci oyununda isə "Sumqayıt" doğma meydanda "Qarabağ"ı qəbul edəcək. Matça saat 19:00-da start veriləcək.

Qeyd edək ki, tura noyabrın 23-də yekun vurulacaq.


Facebook-da paylaş

Xəbəri paylaş