Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Premyer Liqa: “Kəpəz” böyük hesabla uduzub



Misli Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.

BrendSport.az
xəbər verir ki, “Kəpəz” Qəbələdə “İmişli”ni qəbul edib. Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Luis Silvestr, Dioqo Almeyda və Rafael Vieqaş vurublar. Gəncə klubu 28-ci dəqiqədən etibarən azlıqda mübarizə aparıb. Belə ki, qapıçı Məmməd Hüseynov qırmızı vərəqə alaraq meydandan qovulub.

Bu qələbədən sonra xallarını 12-yə çatdıran “İmişli” 7-ci pilləyə yüksəlib. “Kəpəz” isə 3 xalla sonuncu – 12-ci sırada qərarlaşıb.

Günün ilk matçında “Turan Tovuz” Şamaxıda "Karvan-Yevlax"a 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, turun digər oyunları oktyabrın 25-26-da keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş