Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanın qadın güləşçisi U-23 dünya çempionatının finalına yüksəlib



Azərbaycanın qadın güləşçisi Günay Qurbanova ABŞ-nin Las-Veqas şəhərində keçirilən U-23 dünya çempionatında finala yüksəlib.

BrendSport.az
xəbər verir ki, 59 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda argentinalı Kamila Amarillaya “tuş”la qalib gəlib. O, sabah həlledici görüşdə ukraynalı Alina Filipoviçlə qarşılaşacaq.

77 kiloqram çəki dərəcəsində çıxış edən Ruslan Nurullayev isə ukraynalı İrfan Mirzoyevə 3:1 hesabı ilə qalib gələrək dünya çempionatının bürünc medalını qazanıb. Bununla da Azərbaycanın U-23 dünya çempionatında əldə etdiyi medalların sayı ikiyə çatıb. Daha əvvəl Elmir Əliyev (60 kiloqram) dünya ikincisi olub.


Facebook-da paylaş

Xəbəri paylaş