Avropa çempionatı: Azərbaycanın daha bir güləşçisi finala yüksəlib

Azərbaycanın yunan-Roma güləşçisi Rəşad Məmmədov Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
BrendSport.az xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində çıxış edən idmançı türkiyəli Ömər Halis Rəcəbi üstələyərək üçüncü yeri tutub.
82 kiloqram çəki dərəcəsində mübarizə aparan Qurban Qurbanov isə yarımfinalda gürcüstanlı Gela Bolkvadzeyə qalib gələrək finala yüksəlib.
Daha əvvəl Həsrət Cəfərov (67 kiloqram) da adını finala yazdırıb.
Qeyd edək ki, Azərbaycan aprelin 26-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur.
Facebook-da paylaş





















