Gənclər və İdman Nazirliyi DİN-lə birgə maarifləndirmə kampaniyasına başlayıb

Azərbaycan Gənclər və İdman Nazirliyi (AGİN) ilə Daxili İşlər Nazirliyi (DİN) yol təhlükəsizliyinə həsr olunan birgə maarifləndirmə kampaniyasına başlayıb.
BrendSport.az xəbər verir ki, kampaniyada əsas çağırış skuter, velosiped və motosiklet istifadəçilərinə ünvanlanıb.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dəbilqədən düzgün istifadə kəllə-beyin zədəsi riskini 74 faiz, ağır baş xəsarəti riskini 60 faiz azaldır. Məqsəd dəbilqə istifadəsini hər bir sürücü üçün gündəlik qaydaya çevirmək və onun təhlükəsizlikdəki rolunu vurğulamaqdır.
Kampaniyaya qoşulan Azərbaycan idmanının tanınmış simaları öz mesajları ilə xatırladırlar: idmanda olduğu kimi, yolda da diqqət, intizam və düzgün qərar həyati əhəmiyyət daşıyır.
Qeyd edək ki, təşəbbüs BMT Baş katibinin yol təhlükəsizliyi üzrə xüsusi elçisinin mandatı çərçivəsində həyata keçirilən qlobal yol hərəkəti təhlükəsizliyinə həsr olunan “Make A Safety Statement” kampaniyasından ilham alaraq hazırlanıb.





Facebook-da paylaş





















