Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Futbol tarixində bu gün: Ronaldu “Real Madrid”də 100-cü qolunu vurub



2011-ci il noyabrın 2-də portuqaliyalı ulduz Kriştianu Ronaldu “Real Madrid”in heyətində 100-cü qolunu vurub.

BrendSport.az
xəbər verir ki, bu əlamətdar hadisə UEFA Çempionlar Liqasının qrup mərhələsində Fransanın “Lion” komandası ilə qarşılaşmada qeydə alınıb. Madrid təmsilçisi rəqibini 2:0 hesabı ilə məğlub edib. Komandanın hər iki qolunu Kriştianu Ronaldu vurub. O, yubiley qolunu “Real Madrid”də keçirdiyi 105-ci oyunda vuraraq yüksək məhsuldarlıq nümayiş etdirib.

Qeyd edək ki, Kriştianu Ronaldu 2009–2018-ci illərdə “Real Madrid”in formasını geyinib. Portuqaliyalı hücumçu Madrid klubunda keçirdiyi 438 rəsmi oyunda 451 qol vuraraq komandanın tarixinin ən məhsuldar futbolçusu olub. O, “Real Madrid”lə 4 dəfə UEFA Çempionlar Liqasının, 3 dəfə Klublararası Dünya Çempionatının və UEFA Superkubokunun, 2 dəfə İspaniya çempionatının, İspaniya Kral Kubokunun və İspaniya Superkubokunun qalibi olub.

Ronaldu, həmçinin Madrid klubunda çıxış etdiyi dövrdə dörd dəfə “Qızıl top” mükafatına layiq görülüb. O, 9 mövsümlük çıxışı ərzində UEFA Çempionlar Liqasında 105, İspaniya çempionatında isə 312 qola imza atıb.


Facebook-da paylaş

Xəbəri paylaş