Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Ronaldu karyerasının 850-ci qolunu vurub



Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu rəsmi oyunlarda 850-ci qolunu vurub.

BrendSport.az
xəbər verir ki, hücumçu yubiley topunu "Əl-Həzm"lə səfər oyununda vurub. Səudiyyə Ərəbistanı çempionatının V turunun görüşü 1:5 hesabı ilə başa çatıb.

Portuqaliyalı rəsmi oyunlarda vurulan qolların sayına görə rekordçudur. Siyahıda ikinci yeri Amerikanın “İnter Mayami” klubunda çıxış edən argentinalı hücumçu Lionel Messi (818) tutur.

Ronaldunun 38 yaşı var, o, beşqat “Qızıl top”un və beşqat Çempionlar Liqasının qalibi, Avropa çempionu, Millətlər Liqasının qalibidir. Portuqaliyalı milli komandalar, Avropa çempionatları, Çempionlar Liqası, klublararası dünya çempionatları tarixinin bombardiridir. İspaniyanın “Real” komandasının heyətində 450 qol vuran futbolçu klubun rekordçusudur. Həmçinin İngiltərənin “Mançester Yunayted” (145 qol), İtaliyanın “Yuventus” (101), Portuqaliyanın “Sportinq” (5) klublarında çıxış edib. Portuqaliya millisinin heyətində 123 dəfə fərqlənib.

Ronaldu 2022-ci ilin dekabrından "Əl-Nəsr"də çıxış edir. O, artıq komandanın heyətində 26 qol vurub və klub tarixində səkkizinci bombardirdir. Bu göstəricidə səudiyyəli hücumçu Məhəmməd əl-Səhlavi (125) liderdir.


Facebook-da paylaş

Xəbəri paylaş