Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Kriştiano Ronaldo gələn il Turin klubundan ayrıla bilər



İtaliyanın “Yuventus” futbol klubunun hücumçusu Kriştiano Ronaldo 2020-ci ildə Turin klubundan ayrıla bilər.

BrendSPort.az xarici KİV-lərə istinadla xəbər verir ki, 34 yaşlı portuqaliyalı hücumçu komandasının UEFA Çempionlar Liqasında məğlub olmasından sonra Turin klubundan ayrıla bilər. Hücumçu 2007-ci ildən bu yana ilk dəfədir ki, çıxış etdiyi klub dörddəbir final mərhələsində məğlub olur. Bu səbəbdən hücumçu “Yuventus”da karyerasının zəiflədiyi üçün 2020-ci ildə komandadan ayrılmaq istəyir.

Kriştiano Ronaldo bəzi mənbələrə görə, “Mançester Yunayted” klubuna transfer olunmasını istəyir. O, 2002-ci ildə “Sportinq” klubunda ilk debütünü edib. İngiltərənin “Mançester Yunayted”, İspaniyanın “Real Madrid” klublarında çıxış edən hücumçu UEFA Çempionlar Liqasının kubokunu beş dəfə başı üzərinə qaldırıb.

Qeyd edək ki, portuqaliyalı hücumçu cari mövsümdə “Yuventus”un heyətində 38 oyunda 26 qol vurub.


Facebook-da paylaş

Xəbəri paylaş