Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub

Monteneqronun Budva şəhərində boks üzrə U-17 Avropa çempionatında medallara görə komandaların yerləri açıqlanıb.
BrendSport.az xəbər verir ki, Azərbaycanın oğlan boksçularından ibarət millisi cədvəldə üçüncü yeri tutub. Yığmamız buna 1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanmaqla nail olub. Millimiz oğlan və qızların ümumi komanda hesabında isə dördüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, Azərbaycan boksçuları Avropa çempionatında ümumilikdə 2 qızıl, 3 gümüş və 3 bürünc medala yiyələniblər.
Facebook-da paylaş





















