Əsas Səhifə > Milli komandalar > Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub

Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub


Bu gün, 16:27


Monteneqronun Budva şəhərində boks üzrə U-17 Avropa çempionatında medallara görə komandaların yerləri açıqlanıb.

BrendSport.az
xəbər verir ki, Azərbaycanın oğlan boksçularından ibarət millisi cədvəldə üçüncü yeri tutub. Yığmamız buna 1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanmaqla nail olub. Millimiz oğlan və qızların ümumi komanda hesabında isə dördüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan boksçuları Avropa çempionatında ümumilikdə 2 qızıl, 3 gümüş və 3 bürünc medala yiyələniblər.
Geri qayıt