Reklam



Boks üzrə Azərbaycan yığması Avropa çempionatında rekorda imza atıb



Azərbaycan milli komandası 22 yaşadək boksçular arasında Avropa çempionatında medal sayında yeni rekord vurub.

BrendSport.az
xəbər verir ki, yığma bu nailiyyətə Monteneqronun Budva şəhərində keçirilən qitə birinciliyində imza atıb.

Komanda Avropa çempionatında 5 medal qazanmaqla tarixi ilki reallaşdırıb. İndiyədək boksçular analoji yarışda 4 dəfə fəxri kürsüyə yüksəlmişdilər. 2012-ci ildə Rusiyada, 10 il sonra Xorvatiyada milli komanda 1 qızıl, 1 gümüş və 2 bürünc medala yiyələnmişdi. Bu dəfə 5 medal isə qitə çempionatında yeni rekorddur.

Bu yaş qrupunda Nicat Hüseynov (51 kiloqram) ikiqat Avropa çempionu tituluna da yiyələnib. Onadək 2012-ci ildə Elvin İsayev (60 kiloqram), 2019-cu ildə Məhəmməd Abdullayev (+91 kiloqram) qitə birinciliyinin qızıl medalına sahib olub.

U-22 Avropa çempionatı həm də qadınların yarışında Azərbaycanın ilk medalını qazanması ilə əlamətdar olub. Komandanın heyətində Marjona Savriyeva (50 kiloqram) 3-cü olmaqla, adını Azərbaycanın boks tarixinə yazdırıb.

Qeyd edək ki, Avropa çempionatında Nicat Hüseynov (51 kiloqram) qızıl, Əzrək Bəbirov (57 kiloqram) gümüş, Tural Sarıyev (48 kiloqram), Murad Allahverdiyev (80 kiloqram) və Marjona Savriyeva (50 kiloqram) bürünc medal qazanıblar.


Facebook-da paylaş

Xəbəri paylaş