Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Avropa çempionatı: Azərbaycanın iki boksçusu finala yüksəlib



Monteneqronun Budva şəhərində 22 yaşadək boksçular arasında keçirilən Avropa çempionatında finalçılar bəlli olub.

BrendSport.az
xəbər verir ki, yarımfinal döyüşlərinin nəticəsinə əsasən Azərbaycan millisinin 2 idmançısı həlledici görüşə vəsiqə əldə edib.

Nicat Hüseynov (51 kiloqram) yarımfinalda türkiyəli Semih Gümüşlə münasibətinə aydınlıq gətirib. Görüş Avropa çempionumuzun 5:0 (28:26, 29:25, 29:25, 28:26, 29:25) hesablı qələbəsi ilə yekunlaşıb. O, bununla ardıcıl olaraq ikinci dəfə qitə birinciliyində finala yüksəlib.

N. Hüseynovun uğurunu 57 kiloqram çəkidə Əzrək Bəbirov da təkrarlayıb. Boksçu finala gedən yolda Rafiq Əmirxanovla (Rusiya) üz-üzə gəlib və rəqibini məğlub edib – 3:2 (29:28, 28:29, 28:29, 29:28, 29:28).

Millinin 3 boksçusu isə bürünc medalını rəsmiləşdirib. Tural Sarıyev (48 kiloqram), Murad Allahverdiyev (80 kiloqram) və Marjona Savriyeva (50 kiloqram) Avropa çempionatını 3-cü pillədə başa vurublar.

Qeyd edək ki, final görüşləri bu gün keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş