Azərbaycan Kubokunda 1/8 finalın bütün iştirakçıları və cütlükləri bəlli olub

Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinə 2 oyunla yekun vurulub.
BrendSport.az xəbər verir ki, günün ilk matçında I Liqa təmsilçiləri “Xankəndi” və “Gəncəbasar” komandaları üz-üzə gəliblər. Gəncə klubu əlavə vaxtda rəqibini 3:2 hesabı ilə üstələyərək 1/8 finala vəsiqə qazanıb.
Digər görüşdə isə I Liqada mübarizə aparan “Karvan-Yevlax” II Liqa təmsilçisi “Zəngəzur”u 4:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib. Bununla da 1/8 finalın bütün iştirakçıları və cütlükləri bəlli olub.
1/8 final
“Gəncəbasar” - “Şamaxı”
“Karvan Yevlax” - “Zirə”
"Araz-Naxçıvan" - "Marafon"
“Sabah” – “İmişli”
"Sumqayıt" – “Qarabağ”
"Qəbələ" - "Şahdağ Qusar"
"Şəfa" - "Neftçi"
“Turan Tovuz” – "Kəpəz"
Qeyd edək ki, Azərbaycan Kubokunda 1/8 təsnifat mərhələsinin görüşləri dekabrın 1-2-də keçiriləcək.
Facebook-da paylaş





















