FIBA Çempionlar Liqası: “Sabah” Fransanın “Nanter” klubuna qalib gəlib

“Sabah” basketbol komandası FIBA Çempionlar Liqasında ilk qələbəsini qazanıb.
BrendSport.az xəbər verir ki, Azərbaycan çempionu müntəzəm mövsümün III turunda Fransanın “Nanter” klubu ilə üz-üzə gəlib.
Milli Gimnastika Arenasında keçirilən qarşılaşma Bakı təmsilçisinin 87:80 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, “Sabah” əvvəlki iki turda Litvanın “Ritas” klubuna 73:82 və Türkiyənin “Trabzonspor” komandasına 83:100 hesabları ilə uduzub.
Facebook-da paylaş





















