Əsas Səhifə > Maraq > FIBA Çempionlar Liqası: “Sabah” Fransanın “Nanter” klubuna qalib gəlib
FIBA Çempionlar Liqası: “Sabah” Fransanın “Nanter” klubuna qalib gəlibDünən, 23:47 |
![]() “Sabah” basketbol komandası FIBA Çempionlar Liqasında ilk qələbəsini qazanıb. BrendSport.az xəbər verir ki, Azərbaycan çempionu müntəzəm mövsümün III turunda Fransanın “Nanter” klubu ilə üz-üzə gəlib. Milli Gimnastika Arenasında keçirilən qarşılaşma Bakı təmsilçisinin 87:80 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, “Sabah” əvvəlki iki turda Litvanın “Ritas” klubuna 73:82 və Türkiyənin “Trabzonspor” komandasına 83:100 hesabları ilə uduzub. Geri qayıt |