Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti yoldaşlıq oyununu keçirib.
BrendSport.az xəbər verir ki, U-20 Yaponiyanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb.
Qəbələ şəhər stadionunda keçirilən matçın əsas vaxtı qolsuz heç-heçə ilə başa çatıb – 0:0.
Tərəflərin razılığına əsasən, qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq (5:4) oynayan millimiz yoldaşlıq matçında qələbə qazanıb.
Qeyd edək ki, Azərbaycanın U-20 millisi Qəbələdəki ilk görüşündə Moldovaya 0:1 hesabı ilə uduzub.


AZƏRTAC
Facebook-da paylaş





















