Azərbaycan millisi yoldaşlıq oyununda heç-heçə edib
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) təlim-məşq toplanışını başa vuran 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoldaşlıq oyununu keçirib.
BrendSport.az AFFA-ya istinadla xəbər verir ki, BƏƏ-nin müvafiq yaş qrupundan ibarət komandasına qarşı oyun 1:1 hesabı ilə heç-heçə başa çatıb.
Millimizin heyətində Elgün Arazlı fərqlənib.
Qeyd edək ki, bu komandalar arasında keçirilmiş ilk oyun da heç-heçə nəticələnmişdi - 1:1.
Facebook-da paylaş