Azərbaycan komandasının Şimali Makedoniya yığması ilə oyunu heç-heçə başa çatıb
Şimali Makedoniyanın Skopye şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.
BrendSport.az xəbər verir ki, futbolçularımızın Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə oyunu 2:2 hesablı heç-heçə ilə başa çatıb. Yığmamızın heyətində Amin Qarayev və İxtiyar Məmiyev fərqləniblər.
Facebook-da paylaş