Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Sabah” və “Qarabağ” bu gün UEFA Gənclər Liqasında meydana çıxacaq



«Sabah» və «Qarabağ» klublarının 19 yaşadək futbolçulardan ibarət komandaları bu gün UEFA Gənclər Liqasında növbəti oyunlarını keçirəcəklər.

BrendSport.az
xəbər verir ki, «Sabah» əsas mərhələnin IV turunda Norveçin «Vikinq» klubunun U-19 komandası ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 16:00–da başlayacaq.

Paytaxt təmsilçisi əvvəlki turlarda Almaniyanın «Borussiya» (Dortmund) komandasına 0:2, Çexiyanın «Slaviya» kollektivinə 0:3, İngiltərənin «Mançester Yunayted» klubuna isə 0:5 hesabı ilə məğlub olub.

«Qarabağ»ın U-19 komandası isə II təsnifat mərhələsinin cavab oyununda Xorvatiyada «Dinamo„nun qonağı olacaq. Bakı vaxtı ilə saat 16:00–da start götürəcək qarşılaşmada Ağdam təmsilçisi ilk oyunun nəticəsini dəyişməyə çalışacaq.

Xatırladaq ki, Bakıda keçirilən ilk görüşdə Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv rəqibinə 1:2 hesabı ilə uduzub.


Facebook-da paylaş

Xəbəri paylaş