Əsas Səhifə > Maraq > “Sabah” və “Qarabağ” bu gün UEFA Gənclər Liqasında meydana çıxacaq
“Sabah” və “Qarabağ” bu gün UEFA Gənclər Liqasında meydana çıxacaqBu gün, 11:48 |
![]() «Sabah» və «Qarabağ» klublarının 19 yaşadək futbolçulardan ibarət komandaları bu gün UEFA Gənclər Liqasında növbəti oyunlarını keçirəcəklər. BrendSport.az xəbər verir ki, «Sabah» əsas mərhələnin IV turunda Norveçin «Vikinq» klubunun U-19 komandası ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 16:00–da başlayacaq. Paytaxt təmsilçisi əvvəlki turlarda Almaniyanın «Borussiya» (Dortmund) komandasına 0:2, Çexiyanın «Slaviya» kollektivinə 0:3, İngiltərənin «Mançester Yunayted» klubuna isə 0:5 hesabı ilə məğlub olub. «Qarabağ»ın U-19 komandası isə II təsnifat mərhələsinin cavab oyununda Xorvatiyada «Dinamo„nun qonağı olacaq. Bakı vaxtı ilə saat 16:00–da start götürəcək qarşılaşmada Ağdam təmsilçisi ilk oyunun nəticəsini dəyişməyə çalışacaq. Xatırladaq ki, Bakıda keçirilən ilk görüşdə Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv rəqibinə 1:2 hesabı ilə uduzub. Geri qayıt |