Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Sabah” U-18 komandası Çempionlar Liqasında “Borats” ilə üz-üzə gələcək



Bu gün “Sabah” basketbol klubunun U-18 komandasının Çempionlar Liqasında növbəti matçı baş tutacaq.

BrendSport.az
xəbər verir ki, Azərbaycan təmsilçisi beşinci-səkkizinci yerlər uğrunda oyuna çıxacaq.

Komandanın rəqibi Serbiya təmsilçisi “Borats” olacaq. Görüş Bosniya və Herseqovinada, Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.

Qeyd edək ki, “Sabah”ın U-18 komandası ötən gün B qrupunda Almaniyanın “Porşe BBA Lyudviqsburq” kollektivini məğlub edib - 72:61. “Bayquşlar” ilk oyunda Bosniya və Herseqovina təmsilçisi “İqokea”ya 58:88 hesabı ilə uduzub.


Facebook-da paylaş

Xəbəri paylaş