"Sabah" komandası bu gün "Olimpiakos"la üz-üzə gələcək
Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah” bu gün növbəti yoxlama oyununu keçirəcək.
BrendSport.az xəbər verir ki, Murad Musayevin baş məşqçi olduğu kollektiv Yunanıstan təmsilçisi "Olimpiakos"la üz-üzə gələcək.
Kematen stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.
Qeyd edək ki, "Sabah" daha əvvəl Qətərin "Əl-Sədd" komandasına 3:1 hesabı ilə qalib gəlib. Paytaxt klubu ikinci görüşündə Almaniya “Sankt-Pauli”sinə uduzub - 1:4.
Facebook-da paylaş