"Sabah" klubu növbəti yoxlama oyununu keçirəcək
Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah” klubu bu gün növbəti yoxlama oyununu keçirəcək.
BrendSport.az xəbər verir ki, Murad Musayevin baş məşqçi olduğu komanda Almaniyanın 2-ci Bundesliqasında çıxış edən “Sankt-Pauli” ilə üz-üzə gələcək.
İtaliyanın San Martino in Passiriya qəsəbəsində, AFC idman kompleksinin stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.
Qeyd edək ki, "Sabah" ilk matçında Qətərin “Əl-Sədd” klubuna 3:1 hesabı ilə qalib gəlib.
Facebook-da paylaş