Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Ölkə kuboku yarışında mübarizə başlanıb



Bu gün yeniyetmə və gənc stolüstü tennisçilərin ölkə kuboku yarışı start götürüb. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi (AGİN) və Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) təşkil etdiyi yarışda paytaxt Bakı ilə yanaşı digər şəhər və rayonların 100-dən artıq idmançısı bacarığını göstərəcək.

BrendSport.az
xəbər verir ki, açılış mərasimində idmançıları salamlayan ASTF-nin vitse-prezidenti Elmar İslam onlara uğurlar arzulayıb. Ölkə kuboku turnirinin əhəmiyyətindən söz açan federasiya rəsmisi beynəlxalq arenaya gedən yolun bu cür yarışlardan keçdiyini vurğulayıb. Yeri gəlmişkən, bu yaxınlarda Fransada keçirilən “Euro Mini Champs”da qızıl medal qazanan Mehin Mirzəbalayevaya sözügedən yarışın mükafatları təqdim olunub.

Qeyd edək ki, "Şüa İdman Sağlamlıq Kompleksi"ndə keçirilən ölkə kuboku turnirində U14 və U18 yaş qrupları üzrə qaliblər məlum olacaq. Komanda, şəxsi, qoşa və qarışıq qoşa növləri üzrə keçiriləcək yarışa noyabrın 26-da yekun vurulacaq. Fərqlənən idmançılara AGİN-in diplom və medalları, ASTF-nin mükafatları təqdim olunacaq.





Facebook-da paylaş

Xəbəri paylaş