Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Stolüstü tennis üzrə ölkə birinciliyi keçiriləcək



Sabah yeniyetmə və gənc stolüstü tennisçilər arasında ölkə birinciliyinə start veriləcək.
BrendSport.az
xəbər verir ki, Azərbaycan Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkil etdiyi yarışda ölkənin müxtəlif şəhər və rayonlarını təmsil edən idmançılar bacarıqlarını göstərəcəklər. “Şüa İdman Kompleksi”ndə keçiriləcək yarışda iki yaş qrupunda – 2005-2008 və 2009 və daha kiçik təvəllüdlü stolüstü tennisçilər arasında çempionlar müəyyənləşəcək. İştirakçılar komanda, şəxsi, qoşa və qarışıq qoşa növlərində qüvvələrini sınayacaqlar. Fərqlənən idmançılara Gənclər və idman nazirliyinin diplom və medalları, həmçinin, ASTF-nin mükafatları təqdim olunacaq.


Facebook-da paylaş

Xəbəri paylaş