Stolüstü tennis üzrə ölkə çempionatına start verilib
Bu gün stolüstü tennis üzrə Azərbaycan çempionatında mübarizə başlanıb.
BrendSport.az xəbər verir ki, “Şüa” idman kompleksində keçirilən yarışa
respublikanın müxtəlif şəhər və rayonlarını təmsil edən idmançılar qatılıblar. Stolüstü tennisçilər 4 gün davam edəcək çempionatda komanda, şəxsi, qoşa və qarışıq qoşa növlərində mübarizə aparacaqlar. Çempionatın ilk günündə komanda yarışlarının qalibləri müəyyənləşib. Kişilərin mübarizəsi “Bakı-1” kollektivinin qələbəsi ilə yekunlaşıb. “Bakı-3” ikinci, “Bakı-2” və “Şabran” komandaları üçüncü yeri tutub.
Qadınların yarışında “Sumqayıt-1” qələbə qazanıb. “Bakı-1” ikinci, “Bakı-2” ilə “Sumqayıt-2” üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, ölkə çempionatında fərqlənən idmançılara Azərbaycan Gənclər və İdman Nazirliyinin medal və diplomları, həmçinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının mükafatları təqdim olunacaq. Azərbaycan çempionatına aprelin 8-də yekun vurulacaq.
Facebook-da paylaş