Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Stolüstü tennis üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib

Stolüstü tennis üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib


Fevralın 16-da “Şüa” idman-sağlamlıq kompleksində Gənclər və İdman Nazirliyinin və Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə stolüstü tennis üzrə ölkə çempionatının açılış mərasimi keçirilib.
BrendSport.az xəbər verir ki, mərasimdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Elmar İslam, baş katibi Könül Mikayılova tədbirdə çıxış edərək ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına göstərilən dövlət qayğısından, bu sahədə əldə olunan nailiyyətlərdən danışıblar. Qeyd olunub ki, ölkəmizdə stolüstü tennisin inkişafı istiqamətində ötən illərdə görülən işlər nəticəsində perspektivli yerli idmançılar yetişib. Onlar Azərbaycanı beynəlxalq arenalarda keçirilən yarışlarda layiqincə təmsil edirlər.
Sonra yarışlara start verilib.
Böyüklər arasında keçirilən çempionatda stolüstü tennisçilər komanda, şəxsi, qoşa və qarışıq qoşa yarışlarında qüvvələrini sınayırlar. Dörd gün davam edəcək çempionatda Bakı şəhəri ilə yanaşı, Sumqayıt, Şəki, Qax, Balakən, Gəncə, Qusar, Salyan, Şabran, Şirvan və Gədəbəydən olan stolüstü tennisçilər də qüvvələrini sınayırlar.


Facebook-da paylaş

Xəbəri paylaş