Atçılığın konkur növü üzrə Azərbaycan çempionatı keçiriləcək

Atçılığın konkur növü üzrə Azərbaycan çempionatı keçiriləcək.
BrendSport.az xəbər verir ki, ilin son yarışında ölkənin ən güclü konkurçuları bir araya gələcəklər.
Bir gün davam edəcək turnirdə idmançılar 3 fərqli kateqoriya üzrə yarışacaqlar. Konkurçular 70-80, 100-115 və 125-130 santimetr hündürlüklü maneələri qüsursuz dəf etməyə çalışacaqlar. Qaliblər kubok, medallar və diplomlarla mükafatlandırılacaq.
Facebook-da paylaş





















