Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Fərid Qayıbov Monakoda idmana məsul nazirlərin iclasında iştirak edib



Gənclər və idman naziri Fərid Qayıbov Monako Knyazlığında keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 19-cu iclasında çıxış edib.

BrendSport.az
xəbər verir ki, tədbir çərçivəsində “Uşaqlar və gənclər üçün təhlükəsiz və sağlam idman” mövzusu ətrafında müzakirələr aparılıb. Uşaqların və gənclərin idmanda təhlükəsizliyinin təmin edilməsi, sağlam və inklüziv idman mühitinin yaradılması, eləcə də bu sahədə beynəlxalq əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndirilməsi məsələlərinə toxunulub.

İclasın açılış mərasimində Monako Knyazlığının Şahzadəsi II Albert, Avropa Şurasının Baş katibi Alen Berset və Beynəlxalq Paralimpiya Komitəsinin vitse-prezidenti Leyla Marques Mota çıxış ediblər.

Səfər çərçivəsində nazir Fərid Qayıbov Ümumdünya Antidopinq Agentliyinin (WADA) baş direktoru Olivye Niqqli ilə də görüşüb. Görüşdə antidopinq sahəsində beynəlxalq əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı fəaliyyətin gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.


Facebook-da paylaş

Xəbəri paylaş