Britaniya ilə idman sahəsində gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub
Gənclər və idman naziri Fərid Qayıbov yanvarın 23-də Böyük Britaniyanın ölkəmizdəki səfiri Ferqus Auldunu ilə görüşüb.
BrendSport.az xəbər verir ki, qonağı salamlayan Fərid Qayıbov ona ölkəmizin gənclər siyasəti və idman uğurları barədə məlumat verib. Nazir Azərbaycanla Britaniya arasında hər iki sahədə əlaqələrin uzun illərdir davam etdiyini, bunun ölkələrimiz üçün də faydalı olduğunu bildirib. Səfir Ferqus Auldun səmimi qəbula görə təşəkkür edib. Görüş zamanı iki ölkə arasında gənclər siyasəti və idman sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.
Görüşdə Böyük Britaniya səfirliyinin siyasi məsələlər üzrə attaşesi Abbi Mozervel də iştirak edib.
Facebook-da paylaş