Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Nazir Kuba səfirini qəbul etdi



Gənclər və idman naziri Fərid Qayıbov Kuba Respublikasının Bakıdakı Fövqəladə və Səlahiyyətli Səfiri Alfredo Nieves Portuondonu qəbul edib. Görüşdə Fərid Qayıbov ölkəmizin idman potensialı və dövlət gənclər siyasəti ilə bağlı məlumat verib. Hər iki sahənin dövlətimizin xüsusi diqqəti ilə əhatə olunduğunu bildirib.

BrendSport.az
saytı xəbər verir ki, səmimi qəbula görə təşəkkürünü bildirən səfir Alfredo Nieves Portuondo iki ölkə arasında gənclər və idman sahələrində əməkdaşlığın mövcudluğundan məmnunluğunu qeyd edərək, gələcəkdə bu əlaqələrin daha da inkişaf etdirilməsi arzusunu ifadə edib. Görüşdə qarşılıqlı əməkdaşlıqla bağlı bir sıra məsələlər müzakirə edilib.


Facebook-da paylaş

Xəbəri paylaş