Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bellinqem İngiltərə millisinin tarixinə düşüb



İngiltərə millisinin və “Real Madrid” komandasının futbolçusu Cud Bellinqem İspaniya yığması ilə keçirilən oyunda məhsuldar ötürmə ilə yadda qalıb.

BrendSport.az
xəbər verir ki, bununla 2026-cı ildəki assistlərinin sayını 7-yə çatdıran yarımmüdafiəçi 1980-ci ildən bəri bir təqvim ili ərzində İngiltərə millisinin heyətində ən çox məhsuldar ötürmə edən futbolçu olub.

Bellinqem Millətlər Liqasının cari mövsümündə də yüksək performans nümayiş etdirir. O, 6 oyunda 1 qol və 5 məhsuldar ötürmə ilə ümumilikdə 6 qolun vurulmasına töhfə verib.

Futbolçu bu mövsüm ümumilikdə 20 oyunda 6 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, İngiltərə millisi İspaniyanı 3:2 hesabı ilə üstələyib.


Facebook-da paylaş

Xəbəri paylaş