Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Sauthempton”la oyun “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Brüyne üçün əlamətdar olub

“Sauthempton”la oyun “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Brüyne üçün əlamətdar olub

İngiltərə Premyer Liqasının XXX turu çərçivəsində “Sauthempton”la səfər oyunu “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Brüyne üçün əlamətdar olub.

BrendSport.az
xəbər verir ki, belçikalı futbolçu komandasının səfərdə qazandığı 4:1 hesablı qələbədə bir məhsuldar ötürmə ilə yadda qalıb.

O, “Mançester Siti”nin heyətində İngiltərə Premyer Liqasında 100 məhsuldar ötürmə edən ilk futbolçu olub.
Ümumilikdə İngiltərə Premyer Liqasında bu göstəricidə rekord Sesk Fabreqasa məxsusdur – 111 ötürmə.

Sonrakı pillələrdə Ueyn Runi (103), Frenk Lempard (102) və Rayan Giqqz (102) qərarlaşıblar.
De Brüyne isə İngiltərə çempionatında 100 məhsuldar ötürmə səddinə ən tez çatan futbolçu olub. 31 yaşlı yarımmüdafiəçi bunu 237 matçda rəsmiləşdirib. Fabreqas 100 ötürmə həddinə 293, Giqqz 367, Runi 445, Lempard isə 559-cu matçında çatıb.


Facebook-da paylaş

Xəbəri paylaş