Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Mançester Siti” klubu Çempionlar Liqasında iki rekord müəyyənləşdirib

“Mançester Siti” klubu Çempionlar Liqasında iki rekord müəyyənləşdirib


Futbol üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində səfərdə Portuqaliyanın “Sportinq” komandası ilə qarşılaşan İngiltərənin “Mançester Siti” klubu oyundan 5:0 hesablı qələbə ilə ayrılıb.
BrendSport.az xəbər verir ki, Mançester təmsilçisi bu qollardan dördünü elə ilk hissədə rəqib qapısından keçirib. Bu isə Çempionlar Liqasının tarixində yeni rekorddur. Buna qədər heç bir komanda qitənin ən nüfuzlu klub turnirində ilk hissədə dörd qol vurmayıb.
“Mançester Siti” Çempionlar Liqasında vurduğu qolların ümumi sayını da 200-ə çatdırıb. İngiltərə klubu bu turnirdə 200 qol həddinə çatan 14-cü komandadır. Sadəcə, bu komanda 200 qol həddinə cəmi 97 matçda çatıb ki, bu da yeni bir rekorddur.


Facebook-da paylaş

Xəbəri paylaş