Reklam

VİDEO Bütün Xəbərlər

"OBA" MARKETLƏR ŞƏBƏKƏSİ ARTIQ XANKƏNDİNDƏ!

"OBA" MARKETLƏR ŞƏBƏKƏSİ ARTIQ XANKƏNDİNDƏ



Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turuna start veriləcək

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turuna start veriləcək


Dekabrın 7-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turuna start veriləcək.
BrendSport.az xəbər verir ki, ilk oyun günündə A, B, C və D qruplarında ümumilikdə 8 görüş keçiriləcək. Həmin görüşlərin ikisi – “Paris Sen-Jermen” – “Brügge” və “Leyptsiq” – “Mançester Siti” matçları saat 20:45-də, digərləri gecə saat 12-də başlayacaq.
C qrupunda Türkiyənin “Beşiktaş” klubu Almaniyada “Borussiya Dortmund” komandası ilə qarşılaşacaq. Qonaqlar avrokuboklarda mübarizəni dayandırdığından, meydan sahibləri isə UEFA Avropa Liqasının pley-off mərhələsinə yüksəldiyindən forma xarakter daşıyacaq. Digər görüşdə isə qrupun qalibi olan Niderlandın “Ayaks” klubu Portuqaliyanın “Sportinq” komandası ilə münasibətlərə aydınlıq gətirəcək.
B qrupunda səkkizdəbir finala vəsiqəni təmin edən “Liverpul” klubu səfərdə “Milan” komandasının qonağı olacaq. Qrupun digər oyununda “Portu” klubu evdə “Atletiko Madrid” komandasını sınağa çəkəcək. Hazırda ikinci sırada yer alan portuqaliyalılar Madrid təmsilçisini məğlub edərsə, qrupdan çıxan ikinci komanda olacaq.
Günün bütün görüşləri aşağıdakılardır:
A qrupu
“Paris Sen-Jermen” (Fransa) – “Brügge” (Belçika);
“Leyptsiq” (Almaniya) – “Mançester Siti” (İngiltərə).
Qrupdakı vəziyyət: “Mançester Siti” - 12, “Paris Sen-Jermen” - 8, “Leyptsiq” - 4, “Brügge” - 4.
B qrupu
“Milan” (İtaliya) – “Liverpul” (İngiltərə);
“Portu” (Portuqaliya) – “Atletiko Madrid” (İspaniya).
Qrupdakı vəziyyət: “Liverpul” - 15, “Portu” - 5, “Milan” - 4, “Atletiko Madrid” - 4.
C qrupu
“Borussiya Dortmund” (Almaniya) – “Beşiktaş” (Türkiyə);
“Ayaks” (Niderland) – “Sportinq” (Portuqaliya).
Qrupdakı vəziyyət: “Ayaks” - 15, “Sportinq” - 9, “Borussiya Dortmund” - 6, “Beşiktaş” - 0.
D qrupu
“Real Madrid” (İspaniya) – “İnter” (İtaliya);
“Şaxtyor Donetsk” (Ukrayna) – “Şerif” (Moldova).
Qrupdakı vəziyyət: “Real Madrid” - 12, “İnter” - 10, “Şerif” - 6, “Şaxtyor” - 1.
Qeyd edək ki, indiyədək “Mançester Siti”, “Paris Sen-Jermen”, “Liverpul”, “Ayaks”, “Sportinq”, “Real Madrid” və “İnter”lə yanaşı, Almaniyanın “Bavariya”, İtaliyanın “Yuventus”, İngiltərənin “Mançester Yunayted” və “Çelsi” klubları vaxtından əvvəl səkkizdəbir finala yüksəliblər.


Facebook-da paylaş

Xəbəri paylaş