UEFA Çempionlar Liqası: “Paris Sen-Jermen” öz meydanında “Mançester Siti”ni məğlub edib
Sentyabrın 29-da UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turuna start verilib.
BrendSport.az xəbər verir ki, gecənin ən maraq doğuran görüşü Fransada keçirilib. “Paris Sen-Jermen” öz meydanında “Mançester Siti” komandasını qəbul edib.
Görüş Paris təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Paris Sen-Jermen” heyətində İdrissa Qeye və Lionel Messi fərqləniblər.
Günün digər görüşlərində aşağıdakı hesablar qeydə alınıb:
A qrupu
“Paris Sen-Jermen” (Fransa) – “Mançester Siti” (İngiltərə) - 2:0.
“Leyptsiq” (Almaniya) – “Brügge” (Belçika) - 1:2.
Qrupdakı vəziyyət: “Paris Sen-Jermen” - 4, “Brügge”- 4, “Mançester Siti” - 3,“Leyptsiq”- 0.
B qrupu
“Milan” (İtaliya) – “Atletiko Madrid” (İspaniya) - 1:2;
“Portu” (Portuqaliya) – “Liverpul” (İngiltərə) - 1:5.
Qrupdakı vəziyyət: “Liverpul” - 6, “Atletiko Madrid” - 4, “Portu”- 1, “Milan”- 0.
C qrupu
“Ayaks” (Niderland) – “Beşiktaş” (Türkiyə) - 2:0;
“Borussiya Dortmund” (Almaniya) – “Sportinq” (Portuqaliya) - 1:0.
Qrupdakı vəziyyət: “Ayaks”- 6, “Borussiya Dortmund” - 6, “Beşiktaş” - 0, “Sportinq”- 0
D qrupu
“Şaxtyor Donetsk” (Ukrayna) – “İnter” (İtaliya) - 0:0;
“Real Madrid” (İspaniya) – “Şerif” (Moldova) - 1:2.
Qrupdakı vəziyyət: “Şerif” - 6, “Real Madrid” - 3, “İnter”- 1, “Şaxtyor” - 1.
Facebook-da paylaş