Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



UEFA Çempionlar Liqası: bu gün üçüncü tura start verilir



Oktyabrın 22-də UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinin üçüncü turuna start veriləcək.

BrendSport.az xəbər verir ki, bu turnirdə Türkiyənin yeganə təmsilçisi “Qalatasaray” doğma azarkeşlər önündə İspaniyanın “Real Madrid” klubunu qəbul edəcək. A qrupunda mübarizə aparan hər iki klubun aktivində 1 xal var. “Qalatasaray” ilk turda səfərdə Belçikanın “Brügge” komandası ilə heç-heçə (0:0) edib, ikinci oyununda Fransanın “Paris Sen-Jermen” klubuna məğlub olub – 1:0. Qrupun digər oyununda “Brügge” “Paris Sen-Jermen”ni qəbul edəcək.

İlk oyun günündə A, B, C və D qruplarında, ümumilikdə, 8 qarşılaşma oynanılacaq:

A qrupu

“Qalatasaray” (Türkiyə) – “Real Madrid” (İspaniya)

“Brügge” (Belçika) – “Paris Sen –Jermen” (Fransa).

Qrupdakı vəziyyət: “Paris Sen –Jermen” – 6, “Brügge” - 2, “Qalatasaray” - 1, “Real Madrid” - 1.

B qrupu


“Olimpiakos” (Yunanıstan) – “Bavariya” (Almaniya)

“Tottenhem” (İngiltərə) – “Srvena Zvezda” (Serbiya)

Qrupdakı vəziyyət: “Bavariya” - 6, “Srvena Zvezda” – 3, “Olimpiakos” - 1, “Tottenhem” – 1.

C qrupu

“Şaxtyor” (Donetsk, Ukrayna) – “Dinamo Zaqreb” (Xorvatiya)

“Mançester Siti” (İngiltərə) – “Atalanta” (İtaliya)

Qrupdakı vəziyyət: “Mançester Siti” - 6, “Şaxtyor”- 3, “Dinamo Zaqreb” - 3, “Atalanta” - 0.

D qrupu

“Atletiko Madrid” (İspaniya) – “Bayer Leverkuzen” (Almaniya)

“Yuventus” (İtaliya) – “Lokomotiv” (Moskva, Rusiya)

Qrupdakı vəziyyət: “Atletiko Madrid” - 4, “Yuventus” - 4, “Lokomotiv” - 3, “Bayer Leverkuzen” - 0.


Facebook-da paylaş

Xəbəri paylaş