Əsas Səhifə > Dünya idmanı > UEFA Çempionlar Liqası: bu gün üçüncü tura start verilir
UEFA Çempionlar Liqası: bu gün üçüncü tura start verilir22-10-2019, 16:30 |
Oktyabrın 22-də UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinin üçüncü turuna start veriləcək. BrendSport.az xəbər verir ki, bu turnirdə Türkiyənin yeganə təmsilçisi “Qalatasaray” doğma azarkeşlər önündə İspaniyanın “Real Madrid” klubunu qəbul edəcək. A qrupunda mübarizə aparan hər iki klubun aktivində 1 xal var. “Qalatasaray” ilk turda səfərdə Belçikanın “Brügge” komandası ilə heç-heçə (0:0) edib, ikinci oyununda Fransanın “Paris Sen-Jermen” klubuna məğlub olub – 1:0. Qrupun digər oyununda “Brügge” “Paris Sen-Jermen”ni qəbul edəcək. İlk oyun günündə A, B, C və D qruplarında, ümumilikdə, 8 qarşılaşma oynanılacaq: A qrupu “Qalatasaray” (Türkiyə) – “Real Madrid” (İspaniya) “Brügge” (Belçika) – “Paris Sen –Jermen” (Fransa). Qrupdakı vəziyyət: “Paris Sen –Jermen” – 6, “Brügge” - 2, “Qalatasaray” - 1, “Real Madrid” - 1. B qrupu “Olimpiakos” (Yunanıstan) – “Bavariya” (Almaniya) “Tottenhem” (İngiltərə) – “Srvena Zvezda” (Serbiya) Qrupdakı vəziyyət: “Bavariya” - 6, “Srvena Zvezda” – 3, “Olimpiakos” - 1, “Tottenhem” – 1. C qrupu “Şaxtyor” (Donetsk, Ukrayna) – “Dinamo Zaqreb” (Xorvatiya) “Mançester Siti” (İngiltərə) – “Atalanta” (İtaliya) Qrupdakı vəziyyət: “Mançester Siti” - 6, “Şaxtyor”- 3, “Dinamo Zaqreb” - 3, “Atalanta” - 0. D qrupu “Atletiko Madrid” (İspaniya) – “Bayer Leverkuzen” (Almaniya) “Yuventus” (İtaliya) – “Lokomotiv” (Moskva, Rusiya) Qrupdakı vəziyyət: “Atletiko Madrid” - 4, “Yuventus” - 4, “Lokomotiv” - 3, “Bayer Leverkuzen” - 0. Geri qayıt |