Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin beşinci turuna start veriləcək
Noyabrın 26-da UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinin beşinci turuna start veriləcək.
BrendSport.az xəbər verir ki, turun birinci oyun günündə A, B, C və D qruplarında yer alan komandalar üz-üzə gələcəklər. Gün ərzində oynanılacaq görüşlər aşağıdakılardır:
A qrupu:
“Qalatasaray” – “Brügge” (Belçika);
“Real Madrid” (İspaniya) - “Paris Sen-Jermen” (Fransa).
Qrupdakı vəziyyət: “Paris Sen-Jermen” – 12, “Real Madrid” - 7, “Brügge” - 2, “Qalatasaray” - 1.
B qrupu:
“Srvena Zvezda” (Serbiya) - “Bavariya” (Almaniya);
“Tottenhem” (İngiltərə) - “Olimpiakos” (Yunanıstan).
Qrupdakı vəziyyət: “Bavariya” - 12, “Tottenhem” - 7, “Srvena Zvezda” - 3, “Olimpiakos” - 1.
C qrupu:
“Atalanta” (İtaliya) - “Dinamo Zaqreb” (Xorvatiya);
“Mançester Siti” (İngiltərə) - “Şaxtyor” (Donetsk, Ukrayna).
Qrupdakı vəziyyət: “Mançester Siti” - 10, “Şaxtyor” - 5, “Dinamo Zaqreb” - 5, “Atalanta” - 1.
D qrupu:
“Lokomotiv” (Moskva, Rusiya) – “Bayer Leverkuzen” (Almaniya);
“Yuventus” (İtaliya) – “Atletiko Madrid” (İspaniya).
Qrupdakı vəziyyət: “Yuventus” - 10, “Atletiko Madrid” - 7, “Lokomotiv” - 3, “Bayer” - 3.
Facebook-da paylaş