Fransalı basketbolçu NBA-da iki şəxsi rekordunu yeniləyib

Fransalı basketbolçu Viktor Vembanyama Milli Basketbol Assosiasiyasının (NBA) müntəzəm çempionatı çərçivəsində “Dallas Maveriks”ə qarşı keçirilən oyunda yüksək məhsuldarlıq nümayiş etdirərək karyerasının iki şəxsi rekordunu yeniləyib.
BrendSport.az xəbər verir ki, “San-Antonio Spörs”un 112:111 hesabı ilə qalib gəldiyi görüşdə 22 yaşlı mərkəz oyunçusu 52 xal toplayıb, 24 ribaund edib, 8 blok-şot və 2 top oğurluğuna imza atıb.
Bu nəticə ilə Vembanyama həm bir oyunda topladığı xal, həm də etdiyi ribaund sayına görə şəxsi rekordunu təzələyib. O, həmçinin “San-Antonio Spörs” tarixində bir qarşılaşmada 50-dən çox xal toplayan və 20-dən çox ribaund edən ilk basketbolçu olub.
Qeyd edək ki, fransalı oyunçunun əvvəlki ribaund rekordu 23 olub. O, bu göstəriciyə 2025-ci il yanvarın 4-də “Denver Naqqets”lə qarşılaşmada (110:113) nail olub.
Facebook-da paylaş





















