Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



NBA: “San-Antonio Spörs” seriyanı başa vurub



ABŞ-nin Milli Basketbol Assosiasiyasında (NBA) pley-offun ilk mərhələsinin beşinci oyunları keçirilib.

BrendSport.az
xəbər verir ki, ilk qarşılaşmada “Boston Seltiks” “Filadelfiya”ya 97:113 hesabı ilə məğlub olub. Qaliblərin heyətində ən məhsuldar oyunçu 33 xalla Coel Embiid olub. Tayriz Maksi 25 xal və 10 ribaund, Kventin Qrayms 18, Pol Corc 16, Edjkom isə 10 xalla yadda qalıb. “Boston”da isə Ceyson Teytum 24 xal və 16 ribaundla dabl-dabl edib, Ceylen Braun 22, Peyton Pritçard 12 xal qazanıb. Hazırda “Boston Seltiks” seriyada 3:2 hesabı ilə irəlidədir və komandalar arasında altıncı oyun aprelin 30-da keçiriləcək.

“Nyu-York Niks” isə “Atlanta Hoks”u darmadağın edərək seriyada önə keçib. Nyu-York təmsilçisi rəqibini 126:97 hesabı ilə üstələyib. Komandanın bombardiri 39 xalla Ceylen Branson olub. Oci Anunobi 17, Karl-Entoni Tauns 16 xal və 14 ribaund, Xose Alvarado isə 12 xalla yadda qalıb. “Atlanta”da Ceylen Conson 18, Dayzon Deniels 17, Onyeka Okonqvu və Nikiil Aleksander-Uoker hərəyə 16, Conatan Kuminga isə 13 xal qazanıb. “Nyu-York Niks” hazırda seriyada 3:2 hesabı ilə öndədir və altıncı oyun aprelin 30-da baş tutacaq.

Digər matçda isə “San-Antonio Spörs” “Portlend Treyl Bleyzers” üzərində inamlı qələbə qazanaraq seriyanı başa vurub - 114:95. Texas klubunun heyətində ən məhsuldar oyunçu 21 xalla De'Aron Foks olub. Culian Şampeni 19, Viktor Vembanyama və Dilan Harper hərəyə 17, Stefon Kastl isə 15 xalla fərqlənib. “Portlend”də Deni Avdiya komandanın aktivinə 22, Cerami Qrant 12, Sidi Sissoko və Robert Uilyams hərəyə 11, Donovan Klinqan isə 10 xal yazdırıb. “San-Antonio Spörs” seriyanı 4:1 hesabı ilə qazanaraq pley-offun ikinci mərhələsinə yüksəlib və növbəti raundda “Denver Naqqets” və ya “Minnesota” ilə qarşılaşacaq.


Facebook-da paylaş

Xəbəri paylaş