Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



NBA: Lider səfərdə uduzub



ABŞ-nin Milli Basketbol Assosiasiyasında (NBA) daha on qarşılaşma keçirilib.

BrendSport.az
xəbər verir ki, Şərq Konfransının lideri “Detroyt Pistons” səfərdə dördüncü pillədə qərarlaşan “Klivlend Kavalyers”ə 109:113 hesabı ilə uduzub.

Qalib komandanın heyətində ən məhsuldar basketbolçu 22 xalla Ceylon Tayson olub. Ceyms Harden və Evan Mobli hərəyə 18 xal toplayıblar. Almaniyalı Dennis Şröder 15 xalla fərqlənib. Qonaqlarda isə Ceylen Düren 24 xal və 14 ribaundla “dabl-dabl” edib. Tobayas Harris 19 xal, Osar Tompson 16 xalla yadda qalıb. Cevonte Qrin isə komandasının aktivinə 13 xal yazdırıb.

Matçların nəticələri

“Klivlend Kavalyers” - “Detroyt Pistons” – 113:109

“Orlando Mecik” - “Vaşinqton Uizards” – 126:109

“Toronto Reptors” - “Nyu-York Niks” – 95:111

“Minnesota” - “Memfis Qrizlis” - 117:110

“Los-Anceles Leykers” - “Nyu Orleans Pelikans” – 110:101

"Şarlot Hornets" - “Dallas” – 117:90

“Mayami Hit” - “Bruklin Nets” – 124:98

“Filadelfiya” - “San-Antonio Spörs” – 91:131

“Çikaqo Bullz” - “Oklahoma Siti Tander” – 108:116

“Sakramento” - “Feniks Sanz” – 103:114.


Facebook-da paylaş

Xəbəri paylaş