NBA: Liderdən növbəti qələbə

ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) daha doqquz qarşılaşma keçirilib.
BrendSport.az xəbər verir ki, son çempion “Oklahoma-Siti Tander” öz meydanında “Sakramento”nu 113:99 hesabı ilə məğlub edərək müntəzəm mövsümdə ardıcıl 7-ci qələbəsini qazanıb.
Qalib komandanın bombardiri 42 xalla Şai Gilqoz-Aleksandr olub. Qonaqlarda isə Dennis Şröyder 21 xalla fərqlənib.
Bu nəticədən sonra ev sahibləri Qərb Konfransının turnir cədvəlində liderliyini davam etdirib, “Sakramento” isə 14-cü pillədə qərarlaşıb.
Matçların nəticələri
"Klivlend Kavalyers" – “Hyuston Rokets” – 104:114
“Filadelfiya” – “Toronto Reptors” – 112:121
“Oklahoma-Siti Tander” - “Sakramento” – 113:99
"Nyu Orleans Pelikans" - "Denver Naqqets" – 118:125
“Portland Treil Bleyzers” - "Çikaqo Bullz" – 121:122
"İndiana Peysers" – “Şarlot Hornets” – 127:118
“Mayami Hit” - "Qolden Steyt Uorriors" – 110:96
“Minnesota” - "Vaşinqton Vizards" – 120:109
“Dallas Maveriks” – “Nyu-York Niks” – 111:113.
Facebook-da paylaş





















