Əsas Səhifə > Dünya idmanı > NBA: Liderdən növbəti qələbə
NBA: Liderdən növbəti qələbəBu gün, 12:15 |
![]() ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) daha doqquz qarşılaşma keçirilib. BrendSport.az xəbər verir ki, son çempion “Oklahoma-Siti Tander” öz meydanında “Sakramento”nu 113:99 hesabı ilə məğlub edərək müntəzəm mövsümdə ardıcıl 7-ci qələbəsini qazanıb. Qalib komandanın bombardiri 42 xalla Şai Gilqoz-Aleksandr olub. Qonaqlarda isə Dennis Şröyder 21 xalla fərqlənib. Bu nəticədən sonra ev sahibləri Qərb Konfransının turnir cədvəlində liderliyini davam etdirib, “Sakramento” isə 14-cü pillədə qərarlaşıb. Matçların nəticələri "Klivlend Kavalyers" – “Hyuston Rokets” – 104:114 “Filadelfiya” – “Toronto Reptors” – 112:121 “Oklahoma-Siti Tander” - “Sakramento” – 113:99 "Nyu Orleans Pelikans" - "Denver Naqqets" – 118:125 “Portland Treil Bleyzers” - "Çikaqo Bullz" – 121:122 "İndiana Peysers" – “Şarlot Hornets” – 127:118 “Mayami Hit” - "Qolden Steyt Uorriors" – 110:96 “Minnesota” - "Vaşinqton Vizards" – 120:109 “Dallas Maveriks” – “Nyu-York Niks” – 111:113. Geri qayıt |