NBA: “Sakramento”dan ardıcıl üçüncü qələbə

ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) daha yeddi qarşılaşma keçirilib.
BrendSport.az xəbər verir ki, “Sakramento” doğma meydanda “Nyu-York Niks”i 112:101 hesabı ilə üstələyərək müntəzəm mövsümdə ardıcıl üçüncü qələbəsini qazanıb.
"Nyu-York Niks" hazırda Şərq Konfransının turnir cədvəlində ikinci, "Sakramento" isə Qərbdə 14-cü yerdədir.
Matçların nəticələri
“Filadelfiya” – “Klivlend Kavalyers” – 107:133
“Çikaqo Bullz” - “Yuta Caz” – 128:126
“Dallas” - “Denver Naqqets” – 109:118
“Los-Anceles Klippers” - “Vaşinqton Uizards” – 119:105
“İndiana Peysers” - “Toronto Reptors” – 101:115
“Nyu Orleans Pelikans” - “Bruklin Nets” – 116:113
“Sakramento” - “Nyu-York Niks” – 112:101.
Facebook-da paylaş





















