Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



NBA: “Los-Anceles Leykers”in ardıcıl üçüncü məğlubiyyəti



ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) daha altı qarşılaşma keçirilib.

BrendSport.az
xəbər verir ki, “Los-Anceles Leykers” doğma meydanda “Sakramento”ya 112:124 hesabı ilə uduzub. Bu, ev sahiblərinin müntəzəm mövsümdə ardıcıl üçüncü məğlubiyyəti olub.

“Los-Anceles Leykers” hazırda Qərb Konfransının turnir cədvəlində beşinci, “Sakramento” isə 14-cü yerdədir.

Matçların nəticələri

“Klivlend Kavalyers” - “Yuta Caz” – 112:123

“İndiana Peysers” - “Boston Seltiks” – 98:96

“Sakramento” - “Los-Anceles Leykers” – 124:112

“Toronto Reptors” - “Filadelfiya” – 102:115

“Dallas” - “Bruklin Nets” – 113:105

“Los-Anceles Klippers” - “Şarlott Hornets” – 117:109.


Facebook-da paylaş

Xəbəri paylaş