NBA: “Boston Seltiks” seriyada ikinci qələbəsini qazanıb
Milli Basketbol Assosiasiyasında (NBA) final mərhələsinin növbəti oyunu keçirilib.
BrendSport.az xəbər verir ki, “Boston Seltiks” və “Dallas Maveriks” komandaları ikinci dueldə üz-üzə gəliblər. Görüş Boston təmsilçisinin 105:98 hesablı qələbəsi ilə yekunlaşıb.
Qalib komandanın heyətində Cru Holidey 26 xal və 11 ribaundla yadda qalıb.
Qeyd edək ki, komandalar arasında keçirilmiş ilk matçda da “Boston Seltiks” qələbə qazanıb. Seriyanın üçüncü oyunu iyunun 13-də reallaşacaq.
Facebook-da paylaş