Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Stolüstü tennis üzrə Azərbaycan çempionatı keçiriləcək



Aprelin 5-də stolüstü tennis üzrə Azərbaycan çempionatı keçiriləcək.

BrendSport.az
xəbər verir ki, “Şüa” idman kompleksində təşkil olunacaq yarışa respublikanın müxtəlif şəhər və rayonlarını təmsil edən idmançılar qatılacaqlar. İştirakçılar komanda, şəxsi, qoşa və qarışıq qoşa növlərində mübarizə aparacaqlar.

4 gün davam edəcək yarışda fərqlənən idmançılara Azərbaycan Gənclər və İdman Nazirliyinin medal və diplomları, həmçinin ASTF-nin mükafatları təqdim olunacaq.

Qeyd edək ki, Azərbaycan çempionatına aprelin 8-də yekun vurulacaq.


Facebook-da paylaş

Xəbəri paylaş