Stolüstü tennis üzrə Azərbaycan çempionatına yekun vurulub
Bu gün böyüklər arasında stolüstü tennis üzrə Azərbaycan çempionatı başa çatıb.
BrendSport.az xəbər verir ki, oktyabrın 4-də “Şüa İdman Kompleksi”ndə start verilən yarışda iştirakçılar komanda, şəxsi, qoşa və qarışıq-qoşa növlərdə bacarıqlarını göstəriblər. Gərgin və maraqlı mübarizənin nəticələrinə əsasən qalib və mükafatçılar müəyyənləşib:
Komanda yarışları:
Qadınlar:
1) Sumqayıt – 1
2) Bakı -1
3) Sumqayıt – 2; Bakı -2
Kişilər:
1) Bakı -2
2) Bakı – 3
3) Bakı – 1; Sumqayıt
Şəxsi yarışlar:
Qadınlar:
1) Ləman Abdulhəmidova
2) Məryəm İmanova
3) Mərziyyə Nurmətova; Aylin Əsgərova
Kişilər:
1) Hilal Həsənov
2) Nihad Məmmədov
3) Vəzir Allahverdiyev; Adil Əhmədzadə
Qoşa yarışlar:
Qadınlar:
1) Ləman Abdulhəmidova – Zemfira Mikayılova
2) Aylin Əsgərova – Mərziyyə Nurmətova
3) Billurə Eminova – Məryəm İmanova; Rüfət Əliyeva – Xədicə Əbilzadə
Kişilər:
1) Hilal Həsənov – Onur Quluzadə
2) Vəzir Allahverdiyev – Nihad Məmmədov
3) Xəyal Həşimli – Əliverdi Şahgəldiyev; Adil Əhmədzadə - Rüstəm Hacılı
Qarışıq qoşa:
1) Əliverdi Şahgəldiyev – Məryəm İmanova
2) Adil Əhmədzadə - Mərziyyə Nurmətova
3) Rüstəm Əliyev – Xədicə Əbilzadə; Nihad Məmmədov - Ləman Abdulhəmidova
Qeyd edək ki, Azərbaycan Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkil etdiyi yarışda fəxri kürsüyə qalxan idmançılara AGİN-in medal və diplomları, həmçinin, ASTF-nin mükafatları təqdim olunub.
Facebook-da paylaş