Azərbaycanın stolüstü tennisçiləri erməni rəqiblərini məğlub ediblər
Azərbaycanın 19 yaşadək stolüstü tennisçiləri Gürcüstanın Batumi şəhərində keçirilən dünya seriyalı “WTT Youth Contender” turnirində erməni rəqiblərini məğlub ediblər.
BrendSport.az xəbər verir ki, Zemfira Mikayılova, Ləman Abdulhəmidova və Xədicə Əbilzadə qrup mərhələsini inamla adlayaraq, sentyabrın 20-də keçiriləcək 1/8 finala vəsiqə qazanıblar.
Qrupda L.Abdulhəmidova Asya Poqosyanı 3:0, Z.Mikayılova Ellada Gevorqyanı 3:1, N.Mahmudova isə Mariam Ambarsumyanı 3:2 hesabı ilə məğlubiyyətə uğradıb.
U-17-lərin mübarizəsində yarımfinalda məğlub olan Mərziyyə Nurmətova ilə Aylin Əsgərova üçüncü yeri tutublar. Yağmur Məmmədli də 13 yaşadək idmançılar arasında eyni nəticəni göstərib.
15 yaşadək stolüstü tennisçilərin yarışında isə Mərziyyə Nurmətova, Aylin Əsgərova, Aysu Ağayeva, Arzu Aslanova və Yağmur Məmmədli 1/8 finala yüksəliblər.
Facebook-da paylaş